Rusiya Malayziya ilə hava əlaqəsinin yaradılması istiqamətində danışıqlar aparır
NQ
Rusiya Malayziya ilə birbaşa hava əlaqəsinin yaradılması məsələsini müzakirə edir.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın nəqliyyat naziri Dmitri Yadrov bu barədə agentliyə müsahibəsində bildirib.
Oktyabr ayında “Red Wings” aviaşirkəti 2027-ci ilin yayında Moskvadan Malayziyanın Lanqkavi adasına çarter reyslərinin həyata keçirilməsini nəzərdən keçirdiyini açıqlamışdı. Uçuşların turizm şirkətləri ilə əməkdaşlıq çərçivəsində və Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunması planlaşdırılır.
Aviaşirkət həmin marşrut üzrə uçuşların həyata keçirilməsi üçün müvafiq icazəyə malik olduğunu da bildirmişdi.
May ayında Rusiyanın Nəqliyyat Nazirliyi turizm sektorundan sifariş olmadığı üçün Rusiya ilə Malayziya arasında çarter reysləri proqramının təxirə salındığını açıqlamışdı.