Mask Google-ın SpaceX-dən daha çox hesablama gücü icarəyə götürməkdə maraqlı olduğunu bildirib
NQ
“SpaceX” şirkətinin rəhbəri İlon Mask “Google” şirkətinin onlardan əlavə hesablama gücü icarəyə götürməkdə maraqlı olduğunu açıqlayıb.
Postxronika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mask bu barədə şənbə günü “X” platformasında paylaşım edib, lakin məsələ ilə bağlı əlavə təfərrüat verməyib.
“SpaceX” və “Google” artıq bir neçəillik bulud xidmətləri müqaviləsinə malikdir. İyun ayında açıqlanan razılaşmaya əsasən, “Google” 2026-cı ilin oktyabrından 2029-cu ilin iyun ayınadək “SpaceX”ə aylıq 920 milyon dollar ödəyəcək.
Müqavilə çərçivəsində “Google” təxminən 110 min “Nvidia” qrafik prosessoru (GPU), CPU, yaddaş və digər hesablama komponentlərindən istifadə imkanını əldə edəcək.