ABŞ-də partlayışdan sonra sakinlər narahatdır, hökumətdən açıqlama tələb edirlər
NQ
ABŞ-nin Ayova ştatında bu həftə bir neçə ton qurğuşun azidinin partladılmasından sonra ərazidə yaşayan sakinlər təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edərək hökumətdən hadisənin səbəbləri barədə açıqlama tələb edirlər.
Postxronika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış yerindən təxminən 8 kilometr məsafədə yaşayan Jessica Phillips hadisədən sonra rahat nəfəs alsa da, təhlükəli kimyəvi maddələrin niyə bu şəkildə məhv edilməsinin zəruri olduğunu anlamaq istəyir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) partlayışdan sonra havada qurğuşun aşkar edilmədiyini, ilkin torpaq və su analizlərində isə çirklənmə səviyyəsinin cüzi olduğunu bildirib.
Bununla belə, ştatda xərçəng xəstəliyinin artması ilə bağlı narahatlıqlar fonunda sakinlər təhlükəli kimyəvi maddələrin niyə bu vəziyyətə düşdüyü və buna kimin məsuliyyət daşıdığı barədə araşdırma aparılmasını istəyirlər.
Ayova ştatından seçilmiş senator Josh Turek də kimyəvi maddələrin təhlükəli vəziyyətə düşməsinin səbəblərinin müəyyənləşdirilməsi üçün geniş araşdırma çağırışı edib.