Kamçatka yarımadasında hiss edilən zəlzələnin maqnitudası 6,2 olub
NQNuray Qafarzadə

Rusiyanın Kamçatka bölgəsində baş verən zəlzələnin maqnitudası 6,2 təşkil edib. Yeraltı təkanların episentri quruda, 189 kilometr dərinlikdə yerləşib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının nümayəndəsi zəlzələnin episentrinin quruda olduğunu və Petropavlovsk-Kamçatski şəhərində təkanların intensivliyinin 3 bal qeydə alındığını bildirib.
Gecə saatlarında baş verən zəlzələ bölgə sakinlərini yuxudan oyadıb. TASS-ın müxbirinin məlumatına görə, bir çox sakin gec saatlara və çovğuna baxmayaraq, təhlükəsizlik məqsədilə evlərini tərk edərək küçəyə çıxıb.