Moskva istiqamətində 462 PUA uçub, 123-ü zərərsizləşdirilib
RH
Rusiya paytaxtı Moskva istiqamətində ötən gecədən səhər saatlarınadək 462 pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb, onlardan 123-ü şəhərə yaxınlaşarkən zərərsizləşdirilib. Bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat verib.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, merin sözlərinə görə, PUA-ların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən uzaq məsafədə məhv edilib. Düşürülən aparatların qalıqlarının aşkarlandığı ərazilərdə təcili xidmət əməkdaşları fəaliyyətlərini davam etdirirlər. Hücumlar səbəbindən Moskva hava limanlarında təyyarələrin eniş və uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, gecə ərzində ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 1 246 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.