Britaniyadakı ABŞ hərbi bazası yaxınlığında 6 PUA aşkarlanıb
RH
Noyabrın 13-də Böyük Britaniyanın Suffolk bölgəsində yerləşən Lakenheath hərbi hava bazasının yaxınlığında 6 pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib. PUA-lar müdaxilə sistemlərinin işə salınmasından sonra ərazidən uzaqlaşdırılsa da, onları ələ keçirmək mümkün olmayıb.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, “Financial Times” qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, hadisə ilə əlaqədar İran əsas şübhəlilərdən biri kimi nəzərdən keçirilir. Aparatların ələ keçirilməməsi onların hər hansı yük daşıyıb-daşımadığı ilə bağlı qeyri-müəyyənlik yaradıb. Bu səbəbdən ABŞ və Böyük Britaniya rəsmiləri PUA-ların silah, casusluq avadanlığı və ya digər texniki vasitələrlə təchiz edilmiş ola biləcəyi ehtimalını istisna etmirlər. Təhlükəsizlik xəbərdarlığından sonra bazadakı ABŞ hərbçilərinə olduqları yerdə sığınmaq barədə göstəriş verilib.