Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 300 mindən çox dronun vurulduğunu açıqlayıb
NQ
Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın başlanmasından bəri Ukraynaya məxsus 301 mindən çox pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatın başlanmasından indiyədək 674 təyyarə, 284 helikopter, 301 051 pilotsuz uçuş aparatı, 672 hava hücumundan müdafiə raket sistemi, 31 811 tank və digər zirehli döyüş maşını, 1 799 reaktiv yaylım atəş sistemi, 36 997 artilleriya qurğusu və minaatan, həmçinin 78 193 xüsusi təyinatlı hərbi avtomobil məhv edilib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Rusiya qüvvələri Ukrayna ordusunun enerji və yanacaq infrastrukturu, pilotsuz uçuş aparatlarının istehsalı, saxlanması və buraxılış məntəqələri, hərbi aerodromlar, eləcə də silahlı birləşmələrin və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşmə məntəqələrinə 156 ərazidə zərbələr endirib.
Həmçinin son sutka ərzində hava hücumundan müdafiə sistemləri 1 601 təyyarə tipli pilotsuz uçuş aparatını, 5 idarə olunan aviasiya bombasını və HIMARS reaktiv yaylım atəş sisteminə məxsus 1 raketi vurub.
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun son 24 saat ərzində təxminən 1 100 hərbçi itirdiyini də iddia edib.