Rusiya qoşunları həftə ərzində Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
NQNuray Qafarzadə

Rusiya qoşunları noyabrın 21-dən 27-dək Ukraynada keçirilən hərbi əməliyyatlar çərçivəsində Xarkov və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Şimal” qoşun qrupunun bölmələri Xarkov vilayətində Sosnovı Bor yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Bildirilib ki, “Şərq” qoşun qrupunun bölmələri isə düşmənin müdafiə xəttinin dərinliklərinə doğru irəliləyərək Zaporojye vilayətində Barvinovka yaşayış məntəqəsini azad edib.