Aİ-nin Ukraynaya maliyyə dəstəyi 245 milyard avronu ötüb
NQ
Avropa İttifaqı (Aİ) 2027-ci ildə Ukraynaya 45 milyard avro həcmində yeni kredit ayrılması ilə bağlı razılığa gələ bilməyib. Noyabrın 26-da keçirilən Aİ liderlərinin görüşündə müzakirə olunan məsələ üzrə qərarın dekabrda yenidən nəzərdən keçirilməsi planlaşdırılır.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, 2026-cı ilin noyabrına qədər Aİ Ukraynaya ümumilikdə 245 milyard avrodan çox yardım göstərib. Lakin İttifaq daxilində artan sosial-iqtisadi problemlər gələcək maliyyələşdirmə ilə bağlı müzakirələri çətinləşdirir.
Aİ-nin 27 üzv ölkəsindən üçü – Macarıstan, Slovakiya və Çexiya 2027-ci il üçün nəzərdə tutulan yeni 45 milyard avroluq kredit təşəbbüsünü dəstəkləmir.
Məsələ ilə bağlı müzakirələrin dekabr ayında davam etdirilməsi gözlənilir.