Putin “Perm” atom sualtı qayığını qlobal əhəmiyyətli silah adlandırıb
NQNuray Qafarzadə

Rusiya Prezidenti Vladimir Putin “Perm” atom sualtı qayığını qlobal miqyasda əhəmiyyətə malik silah adlandırıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Putin “Perm” atom sualtı qayığında hərbi-dəniz bayrağının ilk dəfə qaldırılması mərasimində çıxış edərək Rusiyanın belə güclü atom sualtı qayıqları istehsal edə bilən dünyada azsaylı ölkələrdən biri olduğunu vurğulayıb.
Prezidentin sözlərinə görə, “Perm” son altı ildə Rusiya donanmasına təhvil verilən “Yasen-M” sinfinə aid beşinci sualtı qayığıdır.