Putin Severodvinskə gəlib
NQ
Rusiya Prezidenti Vladimir Putin Severodvinsk şəhərinə səfər edib. Dövlət başçısı “Perm” atom sualtı qayığında hərbi-dəniz bayrağının qaldırılması mərasimində iştirak edəcək və atom sualtı qayıqlarının inkişafı ilə bağlı müşavirə keçirəcək.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Putin “Sevmaş” zavodunun limanında keçiriləcək mərasimdə iştirak etdikdən sonra çoxməqsədli atom sualtı qayıqlarının donanmasının inkişafı məsələlərini müzakirə edəcək.
Kremlin mətbuat katibi Dmitri Peskov atom sualtı qayıqlarının Rusiyanın nüvə triadasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, mövcud geosiyasi şəraitdə nüvə triadasının ölkənin təhlükəsizliyinin etibarlı təminatı olduğunu bildirib.
Putin, həmçinin, regional məsələlərlə məşğul olacaq və Arxangelsk vilayətinin qubernatoru Aleksandr Tsıbulsk ilə görüşəcək.