“Barselona”nın futbolçusu: “Sabah”la bizi maraqlı oyun gözləyir
NQNuray Qafarzadə

“Barselona”nın futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, futbolçu “Sabah”ın müdafiədən başlayan komanda olduğunu və qarşıda onları maraqlı oyunun gözlədiyini bildirib.