Rəqəmsal sıçrayışa baxmayaraq: Hindistan niyə nəğd puldan imtina edə bilmir?
RH
Hindistanda elektron əməliyyatların kəskin çoxalmasına baxmayaraq, əhalinin topladığı fiziki kağız pulların həcmi yüksək templə artmaqda davam edir. Ölkənin Ehtiyat Bankı (RBI) hazırda dövriyyədə 176 milyard ədəd əskinas saxlayır və hər il logistik əməliyyatlar çərçivəsində milyardlarla yeni əskinası tədavülə buraxır.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, mərkəzi bankın sədr müavini Şiriş Çandra Murmu bu vəziyyəti "nağd pul paradoksu" adlandıraraq, rəqəmsal ödənişlər genişlənsə də dövriyyədəki valyutanın ikirəqəmli sürətlə böyüdüyünü bildirib. Rəsmi şəxs əlavə edib ki, bu ziddiyyətli dinamika gələcək pul tələbatını proqnozlaşdırmağı və əskinas istehsalı ilə paylanmasını planlaşdırmağı çətinləşdirir.
Eyni zamanda, mütəxəssislər əhalinin nağd pulu sadəcə xərcləmək üçün deyil, ehtiyat yığım vasitəsi kimi saxlamasının bu paradoksu dərinləşdirdiyini qeyd edirlər. Vahid Ödənişlər İnterfeysi (UPI) vasitəsilə gündəlik rəqəmsal əməliyyatların sayı milyardlıq həddə yaxınlaşsa da, cəmiyyətdə fiziki əskinaslara olan psixoloji inam yüksək olaraq qalır. Mərkəzi bank isə həm genişbank şəbəkəsi, həm də yerli agentlər vasitəsilə nağd pul təminatını kəsilməz saxlamaga məcbur olur. İqtisadçılar hesab edirlər ki, rəqəmsal transformasiyaya baxmayaraq, ənənəvi pul dövriyyəsinin tam sıxışdırılması uzun illər tələb edəcək.
Rəşad Hüseynov