AZAL carried nearly 3.3 million passengers in nine months
NQ
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayında 3,3 milyona yaxın sərnişinə xidmət göstərib, beynəlxalq marşrut şəbəkəsini genişləndirib və bir sıra mükafatlara layiq görülüb.
Postxronika.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZCON Holding şirkətlərindən olan aviaşirkət yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirib. Sərnişinlərin 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib, Bakı üzərindən tranzit sərnişinlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 419 minə çatıb.
Hesabat dövründə AZAL-ın müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib, Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlar açılıb. Həmçinin sərnişinlər üçün yeni rəqəmsal ödəniş imkanları və əlavə xidmətlər istifadəyə verilib.
Aviaşirkət “Skytrax World Airline Awards 2026” mükafatında Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti seçilib, “PAX International Readership Awards 2026” çərçivəsində isə uçuşdaxili əyləncə və bağlantı xidmətlərinə görə mükafat qazanıb.